İsveçin Saab şirkəti Danimarkada keçirilən DALO Industry Days forumunda perspektivli mina əleyhinə MCMV 24 gəminin konsepsiyasını təqdim edib. Yeni nəsil mina gəmisi 66 metr uzunluğundadır və şüşə lifli gövdəyə malikdir.
Herbiand.az bildirir ki, gəmi Baltik dənizinə istiqamətlənib. Burada mina təhlükəsi qlobal ola bilər - potensial düşmən sahillərindən tutmuş müttəfiq limanlarının daxili sularına qədər.
Təhlükəsiz məsafədə fəaliyyət göstərməyə üstünlük verən ənənəvi mina axtaran gəmilərdən fərqli olaraq, yeni gəmi birbaşa öldürmə zonasında fəaliyyət göstərmək üçün nəzərdə tutulub.
Bəxtiyar CƏFƏRLİ