Hindistan Hərbi Dəniz Qüvvələri çox yönlü orta mənzilli zərbə sisteminin - həm gəmilərdən, həm də sahildəki mobil platformalardan atıla bilən boş dayanan sursatın hazırlanması üçün məlumat sorğusu göndərib.
Herbiand.az bildirir ki, tələb olunan hədəfi vurma məsafəsi 1000 km-dən çoxdur və bu da yeni sistemi sırf taktiki silahın əhatə dairəsindən kənara çıxarır.
Hazırda Hindistan silahlı qüvvələrində İsrail istehsalı olan Harop boş dayanan sursatları və bunlar 2025-ci ildə “Sindoor” əməliyyatı zamanı uğurla istifadə edilib. Lakin onların mənzili tələb olunan parametrlərdən xeyli qısadır və Hindistanın hələ də 1000 km mənzilli öz dəniz və ya quru əsaslı sistemi yoxdur.
Dərc olunmuş texniki tələblərə görə, perspektivli sistem ən azı doqquz saat ərzində 75 uzeldən (139 km/saat) çox sürətlə, 4570 metrə qədər əməliyyat hündürlüyündə havada qalmalıdır.
Bəxtiyar CƏFƏRLİ