Rusiyanın İrkutsk vilayəti merinin müavini Georgi Komarov xüsusi hərbi əməliyyat zonasına yola düşüb. O, "Bars" könüllü bölməsində xidmət edəcək.
Herbiand.az bildirir ki, bu barədə İrkutsk şəhər meriyasının mətbuat xidməti məlumat verib.
Açıqlamada qeyd olunub ki, mer şəxsi istəyi ilə gedib.
Məlumata görə, Komarov xüsusi hərbi əməliyyatın ilk günlərindən onun dəstəklənməsinin təşkilində iştirak edib: humanitar missiyalara gedib, cəbhə zonasına baş çəkib, hərbçilərlə görüşüb və humanitar yardım çatdırıb. O, həmçinin İrkutsk şəhər administrasiyasının himayəsi altında olan "İrkut" motoatıcı alayına göndərilən texnikanı müşayiət edib.
Komarov hərbi xidməti müddətində vəzifəsini qoruyub saxlayacaq.
Bəxtiyar CƏFƏRLİ