İran ABŞ və İsrailin hücumlarına qarşı cavab olaraq rəsmilərə sui-qəsd etmir və adi vətəndaşları hədəfə almır.
Herbiand.az -ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "X" hesabında İranın ABŞ rəsmilərini öldürməklə hədələməsi barədə iddialara münasibət bildirərkən yazıb.
O, bu iddiaları ABŞ və Avropa ictimaiyyətində qorxu yaratmaq və İrana qarşı müharibəyə haqq qazandırmaq məqsədi daşıyan İsrailin mütəşəkkil psixoloji müharibə kampaniyasının bir hissəsi kimi qiymətləndirib.
Bəqayi vurğulayıb ki, İran ABŞ və İsrailin hücumlarına qarşı cavab olaraq rəsmilərə sui-qəsd etməyə və ya adi vətəndaşları hədəfə almağa əl atmır, müqavimət və legitim müdafiə yolu ilə cavab verir.
O, ABŞ rəsmilərinə qarşı təhdidlər barədə iddiaları müharibəni bu ölkənin rəhbərləri üçün şəxsi məsələyə çevirmək cəhdi çərçivəsində dəyərləndirib.