Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 1336 pilotsuz uçuş aparatını (PUA) vurub.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bazar günü saat 17:00-dan bazar ertəsi saat 08:00-dək Moskva istiqamətində 600 PUA uçub. Onlardan 191-i paytaxta yaxınlaşarkən vurulub.
Krasnodar diyarına PUA hücumu nəticəsində ikisi azyaşlı olmaqla altı nəfər yaralanıb. İlski qəsəbəsində yerləşən zavodda yanğın baş verib.
Rostov vilayətinin Azov şəhərində PUA hücumları nəticəsində üç nəfər yaralanıb, dörd sənaye obyektində yanğın baş verib. Şəhərdə yerli səviyyədə fövqəladə vəziyyət elan edilib.
Bazar günü axşam saatlarında Kursk vilayətinin Rılsk şəhərinin mərkəzinə Ukrayna PUA-larından mina atılması nəticəsində iki mülki şəxs ağır yaralanıb. Elektrik ötürücü qüllənin zədələnməsi səbəbindən şəhərdə 9 mindən çox sakin elektrik enerjisiz qalıb.
Bryansk vilayətində isə mülki nəqliyyat vasitəsinə PUA-dan sursat atılması nəticəsində bir nəfər həlak olub.