Krım körpüsünün avtomobil yolu hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Krım körpüsünün infrastrukturuna dron hücumu nəticəsində avtomobil yolu hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hazırda bərpa işləri davam edir və nəqliyyatın bərpası ehtimalı qiymətləndirilir. Dəmir yolu xidməti normal rejimdə işləyir.
İlkin məlumatlara görə, dron hücumu nəticəsində ölən və yaralanan olmayıb.