Advertisment

ING: Azərbaycanda iqtisadi artımın yaxşılaşacağı gözlənilir

Azərbaycan iqtisadiyyatında 2025-2026-cı illərdə müşahidə olunan zəifləmədən sonra ortamüddətli perspektivdə artımın bərpası gözlənilir.

Herbiand.az xəbər verir ki, bu barədə Niderlandın ING bankının 2026-cı ilin noyabr ayı üzrə Mərkəzi Asiya və Qafqaz regionuna dair makroiqtisadi və kredit hesabatında bildirilib.

Bankın analitiklərinin qiymətləndirməsinə görə, yüksək neft qiymətləri Azərbaycanın maliyyə imkanlarını gücləndirir və iqtisadiyyatın qeyri-neft sektoruna inamı dəstəkləyir.

Hesabatda qeyd olunub ki, 2026-cı ilin əvvəlindən pərakəndə ticarət və qeyri-neft sənayesində fəallıq artıb. Eyni zamanda, korporativ kreditləşmənin yüksəlməsi iqtisadiyyatın digər sahələrində investisiya fəallığının bərpasına işarə edir.

ING hesab edir ki, iqtisadiyyatın şaxələndirilməsi sürətlənməyəcəyi təqdirdə Azərbaycanın uzunmüddətli artım potensialı 2-3% səviyyəsində məhdudlaşa bilər.

Bankın analitikləri ölkənin güclü fiskal mövqeyini, böyük xarici maliyyə ehtiyatlarını və makroiqtisadi dayanıqlığını iqtisadi inkişafı dəstəkləyən əsas amillər kimi qiymətləndirirlər.