Advertisment

“Kalaşnikov” yeni zireh lövhələrini sınaqdan keçirib

“TEXİNKOM” Tədqiqat və İstehsal Şirkətinin (“Kalaşnikov” konserninin bir hissəsi) zireh materialları şöbəsi, hüquq-mühafizə orqanının əməkdaşları ilə birlikdə, şirkətin öz təşəbbüsü ilə hazırladığı kommersiya zireh lövhələri xəttinin atəşi sınaqlarını keçirib.

Herbiand.az konsernin mətbuat xidmətinə istinadən bildirir ki, sınaqlar Kareliyadakı poliqonda nümayiş olunub.

Məlumata görə, müxtəlif mühafizə siniflərinə malik altı növ zireh elementinin sınaqdan keçirilməsi göstərib ki, hər biri nəzərdə tutulduğu sursata effektiv şəkildə tab gətirə bilir və göstərilən mühafizə səviyyəsini təmin edir.

Bəxtiyar CƏFƏRLİ