Advertisment

Tramp Çinə gedib

ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında iştirak etmək üçün Çinin Şencen şəhərinə gəlib.

Herbiand.az xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidentini Şencen şəhərinin “Baoan” beynəlxalq hava limanında qarşılayıb.

Bu, Donald Trampın cari ildə Çinə ikinci səfəridir. May ayında Donald Tramp Çində dövlət səfərində olub.

APEC sammiti çərçivəsində ABŞ, Çin və Rusiya liderlərinin tarixdə ilk üçtərəfli görüşü baş tutacaq.