Advertisment

Rusiyapərəst haker Ukraynanın Delta hərbi sistemini sındırıb

Ukraynanın hərbi Delta sistemi haker hücumuna məruz qalıb və nəticədə Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti, bölmələrin yerləşməsi və cəbhə xəttindəki vəziyyət haqqında məlumatlar açıqlanıb.

Herbiand.az bildirir ki, rusiyapərəst haker PalachPro RİA Novosti agentliyinə uğurlu haker hücumu barədə məlumat verib və agentliyə dəstəkləyici materiallar təqdim edib.

Hakerin sözlərinə görə, o, hərbi birləşmələrin daxili təyinatları, heyət məlumatları və hərbçilərin çağırış işarələri daxil olmaqla geniş məlumatlara daxil ola bilib. Həmçinin, Ukrayna hərbçilərinin elektron poçt ünvanları və telefon nömrələrini də əldə edib.

PalachPro vurğulayıb ki, xüsusilə dəyərli olan məlumatlar Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin yerini müəyyən etməyə və cəbhə xəttindəki vəziyyəti qiymətləndirməyə imkan verən məlumatlardır. Əldə edilən məlumatlar arasında dronlar tərəfindən toplanan kəşfiyyat məlumatlarını da qeyd edib.

Haker hücumuna məruz qalan sistemin istifadəçiləri arasında xarici döyüşçülər də aşkar edilib.

Bəxtiyar CƏFƏRLİ