Xüsusi hərbi əməliyyatın (XHƏ) başlanğıcından bəri 700-dən çox hərbçi Rusiya Qəhrəmanı adına layiq görülüb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini və Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi Viktor Qoremıkin "Moskovski Komsomolets" qəzetinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, ümumilikdə 1,2 milyondan çox insan dövlət mükafatlarına namizəd göstərilib, 1,6 milyon hərbçi isə departament nişanları alıb: “Müntəzəm olaraq xüsusi hərbi əməliyyatın iştirakçıları üçün ən yüksək səviyyədə ictimai mükafatlandırma mərasimləri keçirilir. Bütün bunlar dövlətin müdafiəçilərinə layiqli münasibətindən xəbər verir”.
Qoremıkin Rusiyanın bütün bölgələrində dövlət mükafatlarına layiq görülmüş hərbçilərin təsvir olunduğu 20 mindən çox bannerin yerləşdirildiyini vurğulayıb: “Bundan əlavə, müxtəlif yaşayış məntəqələrində 363 küçəyə, 118 xatirə xiyabanına və meydanına, 133 təhsil müəssisəsinə hərbçilərin adı verilib. 3500-dən çox xatirə lövhəsi quraşdırılıb. Rusiya Qəhrəmanlarına və hərbçilərin şücaətlərinə həsr olunmuş 1120-dən çox stela və abidə ucaldılıb”.
Bəxtiyar CƏFƏRLİ