Advertisment

Rusiya MN müqaviləli əsgərlərin qəbulu ilə bağlı məlumat yayıb

2026-cı ildə müqaviləli hərbi xidmətə vətəndaşların seçilməsi planı 89,3%, pilotsuz sistem qüvvələrinin heyətlə təmin edilməsi isə 98,7% yerinə yetirilib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, müqaviləli xidmət seçim mərkəzləri Silahlı Qüvvələrin işə qəbul sisteminin əsasını təşkil edir. Onların şəbəkəsinə hazırda Rusiyanın 87 bölgəsinin inzibati mərkəzində yerləşən 96 bölmə daxildir.

Hərbi qurum həmçinin əmin edib ki, bütün ümumqoşun birləşmələrində, hava-desant bölmələrində və digər birliklərdə pilotsuz sistemlərə malik bölmələr yaradılıb. Onlar yalnız müqaviləli hərbi qulluqçular tərəfindən təmin edilir.

Bəxtiyar CƏFƏRLİ