Advertisment

Mikayıl Cabbarov Mariam Kvrivişvili ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Herbiand.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdük. Azərbaycan - Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, sənaye, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Ortaq iqtisadi maraqlarımızın reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini vurğuladıq,"- paylaşımda qeyd olunub.