Advertisment

Finlandiya ordusu NATO standartlarına uyğun silahlanacaq

Finlandiya Müdafiə Qüvvələri əsgərlərin silahlarını NATO standartlarına uyğunlaşdırır.

Herbiand.az bildirir ki, “Helsingin Sanomat” nəşrinin verdiyi məlumata görə, bu qərar digər müttəfiq ölkələrlə uyğunluğa, təchizatın təhlükəsizliyinə, həmçinin Finlandiyada sursat və istehsal müəssisələrinin mövcudluğuna əsaslanır.

Məlumata görə, əsas diqqət 5.56×45 mm kalibrli yeni hücum silahlarına keçidə yönəlib.

Hazırda müdafiə qüvvələrində ən çox yayılmış hücum silahı 7.62×29 mm patronlardan atəş açan RK62-dir. Silah dünyada ən çox istifadə edilən AK-74 avtomatının modelindən hazırlanıb.

Yeni kalibr silahın və sursatın ümumi çəkisini 8.9 kq-dan 3.5 kq-a endirəcək. Güllənin daha yüksək sürəti və daha düz trayektoriya hədəfin dəqiq vurulma ehtimalını artırır.

Bəxtiyar CƏFƏRLİ