Ukraynanın Krım körpüsünü vurmaq üçün seçdiyi gün təsadüfi deyildi. Körpünü həmçinin, “Putin körpüsü” də adlandırırlar.
Herbiand.az bildirir ki, bu barədə Fransanın “Le Monde” nəşri yazıb.
“Qərar seçimi təsadüfi deyil: cümə axşamı, noyabrın 19-da Vladimir Putinin Çinin Şençjen şəhərində ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpinlə görüşü planlaşdırılır”, - nəşr yazıb.
Nəşr qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin körpüyə hücumu açıq şəkildə şərh etməyib. Lakin hökumətin fövqəladə iclasından və Rusiya Federasiyası İstintaq Komitəsinin terrorizm maddəsi ilə cinayət işinə başlamasından sonra Kremlin mətbuat katibi Dmitri Peskov “körpünün bərpa olunacağına və əvvəlkindən də yaxşı olacağına” əminliyini deyib.
Bəxtiyar CƏFƏRLİ