Advertisment

Ukraynalı deputat: Əhali 50 və ya 55 yaşında səfərbər olunmayacağına ümid etməsin

Ukrayna vətəndaşlarının 50 və ya 55 yaşında səfərbər olunmayacağına ümid etməyin mənası yoxdur.

Herbiand.az xəbər verir ki, bu barədə "Xalqın xidmətçisi" partiyasından olan parlament üzvü, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fedor Venislavski müsahibəsində bildirib.

Deputat qeyd edib ki, 50-60 yaş arası vətəndaşlar həmişə döyüş xidməti ilə bağlı tapşırıqları effektiv şəkildə yerinə yetirməyə qadir deyillər, ona görə də əvvəlki kimi fəal şəkildə səfərbər olunmurlar.

Eyni zamanda, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Səfərbərliyə hazırlıq və səfərbərlik haqqında" qanunlar 25-60 yaş arası bütün Ukrayna vətəndaşlarının səfərbər olunmasını nəzərdə tutur.

Venislavski vurğulayıb ki, buna görə də Ukrayna vətəndaşları 50 və ya 55 yaşında səfərbər olunmayacağına ümid etməsinlər.

Bəxtiyar CƏFƏRLİ