Almaniyanın müdafiə naziri Boris Pistorius Vaşinqtonun Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələrinə dair tənqidini "olduqca axmaqcasına" adlandırıb.
Herbiand.az bildirir ki, nazir bu açıqlamanı Ukrayna ilə Müdafiə Məsələləri üzrə Təmas Qrupunun iclasından sonra keçirilən mətbuat konfransında verib.
Müzakirə Pentaqonun siyasət üzrə müavini Elbric Kolbinin şərhlərindən sonra başlayıb. O, Ukraynanın Rusiyadakı mülki hədəflərə, o cümlədən Wildberries anbarlarına hücumlarının münaqişəyə son qoymadığını və qoşunların irəliləməsinə mane olmadığını bildirib. Kolbi əlavə edib ki, bu cür hərəkətlər yalnız "Rusiya cəmiyyətinin qətiyyətini və Kremlin özünün eskalasiyaya hazırlığını gücləndirə bilər".
Jurnalistlər Boris Pistoriusdan Amerika rəsmisinin mövqeyi barədə şərh verməsini istədikdə, alman nazir belə tənqidi "olduqca axmaqcasına" hesab etdiyini bildirib.
Bəxtiyar CƏFƏRLİ