17 noyabr 2026-cı ildə Kiyevin VEZNA Kino Evində "Hədəf: mədəniyyət. Mənimsənilib. Dağıdılıb. Unudulub?" adlı sərgi açılıb.
Herbiand.az Ukrayna mətbuatına istinadən bildirir ki, sərgi Rusiyanın Ukrayna mədəni irsinin sistematik şəkildə oğurlanması və məhv edilməsinə yönəlib.
Məlumata görə, sərgidə Rusiya tərəfindən müvəqqəti olaraq işğal edilmiş ərazilərdə talan edilmiş və dağıdılmış, eləcə də işğaldan azad edilmiş və rus əsgərlərinin atəşi nəticəsində zərər çəkmiş muzeylər haqqında ətraflı məlumat verilir.
Təşkilatçılar bildiriblər ki, bu, ilk tammiqyaslı sərgidir. Sərgi Kiyevdə 11 dekabr 2026-cı ilə qədər davam edəcək. Sonra Lvov (Ukrayna), Qdansk (Polşa) və Vilnüsdə (Litva) nümayiş olunacaq.
Bəxtiyar CƏFƏRLİ