“Ukrayna komandası”nın könüllü qərargahı döyüş tapşırıqları üçün “Timur” xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçılarına nəqliyyat vasitələri bağışlayıblar.
Herbiand.az bildirir ki, bu barədə könüllülər Facebook-da məlumat verib.
Bildirilib ki, bu qəhrəman oğlanlar Qara dənizdə və düşmən xətlərinin arxasında da daxil olmaqla çoxsaylı cəsarətli və riskli əməliyyatlar həyata keçiriblər: “İndi isə onlar işğalçılar üçün Zaporojye istiqamətində cəhənnəm yaradırlar. Nəqliyyat vasitələri kəşfiyyatçıların daha da səmərəli işləməsinə imkan verəcək”.
Əsgərlər könüllülərə yardıma görə təşəkkür ediblər.
Bəxtiyar CƏFƏRLİ