Advertisment

"Velikiye Luki" sualtı qayığı atəş məşqləri edib

"Velikiye Luki" dizel-elektrik sualtı qayığın heyəti Baltik dənizinə planlaşdırılan göndəriş zamanı sualtı mövqedən torpedo atəşi məşqi keçirib.

Herbiand.az bildirir ki, Baltik donanmasının mətbuat xidmətinin məlumatına görə, sualtı qayıq dəniz poliqonuna keçib, orada bir sıra hazırlıq məşqlərini tamamlayıb və atəş təlimi üçün təyin olunmuş dərinliyə qədər suya enib.

Qeyd olunub ki, şəxsi heyət verilən tapşırıqları uğurla yerinə yetirib və təhlükəsiz məsafədə döyüş gəmiləri və dəstək gəmilərini simulyasiya edən dəniz hədəflərinə sualtı mövqedən torpedalar atıb. Sualtı qayığın heyəti həmçinin, sualtı manevrlər, düşmən hücumlarından yayınma və müxtəlif rejimlərdə naviqasiya məşqləri ediblər.

Sualtı qayığın uzunluğu 66,8 metr, eni 7,1 metrdir. Suya enmə dərinliyi 300 metrə qədərdir, 36 nəfərlik heyəti var. Silahlanmaya 6 ədəd 533 mm-lik torpedo boruları daxildir ki, bununla “Kalibr” qanadlı raketləri atmaq mümkündür.

Bəxtiyar CƏFƏRLİ