Rusiyanın xalq artisti, rejissor Nikita Mixalkov öz ölkəsinin əsgərlərini dəstəkləməyən sənətçiləri tənqid edib.
Herbiand.az xəbər verir ki, xalq artisti bu fikri “UQMK Arena”sında Yekaterinburq sakinləri ilə yaradıcı görüşündə bildirib.
Mixalkovun sözlərinə görə, ola bilməz ki, ölkənin bir hissəsi döyüşsün, digəri isə gəzsin: “Hər hansı bir bayrama qarşı heç bir etirazım yoxdur. Amma Böyük Vətən Müharibəsi zamanı döyüşən insanları əyləndirmək üçün bir qrup sənətkar cəbhəyə gedirdi. Bunlar sənətlərindən insanlara kömək etmək üçün istifadə etmək istəyən, həyatlarını təhlükəyə atdıqlarını başa düşən insanlar idi”.
O, deyib ki, indiki dövrdə rəssamlardan birinə belə sual verilməsini eşidib: “Ona sual verdilər ki, “siz xüsusi hərbi əməliyyat barədə nə düşünürsünüz?”. O isə cavabında bunu dedi: “Nədən danışdığınızı bilmirəm?”. 1943-cü ildə bir yazıçını belə təsəvvür edə bilərsinizmi. Bu mümkün deyil, belə olmamalıdır”.
Sənəçi vurğulayıb ki, əsgər ölkəsinin onun arxasında olduğunu hiss etməsə, tam sədaqətlə döyüşə bilməz.
Bəxtiyar CƏFƏRLİ