Advertisment

Rusiya afrikalıları aldatmaq yolu ilə işə götürür: “Şahed” istehsalı üçün

Ukraynalı müstəntiqlər “Shahed” tipli hücum dronlarının istehsal olunduğu Tatarıstandakı “Alabuqa” xüsusi iqtisadi zonasındakı obyektlərdə işləmək üçün Afrika ölkələrindən işə götürülmüş təxminən 50 qadını müəyyən ediblər.

Herbiand.az bildirir ki, Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzi (UCSC) və Fox News-un birgə araşdırmasına görə, Rusiya gənc xarici qadınları işə götürmək üçün mədəni və təhsil təşkilatları, yerli vasitəçilər və şirkətin öz insan resursları şöbələrindən istifadə edir.

Müstəntiqlər bu barədə Afrika ölkələrindən gənc qadınları işə götürən beynəlxalq şəbəkədən daxili sənədlər əldə ediblər. Sənədlərdə xarici işçi qüvvənin cəlb edilməsində iştirak edən Afrika ölkələrindən təxminən 50 işçi, 10 rus işəgötürən və 2 afrikalı vasitəçi haqqında məlumatlar var.

Bəxtiyar CƏFƏRLİ