Advertisment

Polşa donanması üçün yeni freqat hazırlanır

Polşanın Qdına şəhərindəki PGZ Stocznia Wojenna gəmiqayırma zavodu Polşa Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş üçüncü və sonuncu “Swordfish” sinifli “Uragan” çoxməqsədli freqatın kilini yerləşdirib.

Herbiand.az bildirir ki, mərasimdə gəmiqayırma zavodunun nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.

"Uragan"ın 2028-ci ildə suya salınması, 2031-ci ilin sonuna qədər isə Polşa Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi gözlənilir.

Freqatın uzunluğu 138 metr, eni isə 20 metr olacaq.

Silahlanmaya İtaliyanın "Leonardo" qrupundan 76 mm-lik top, 32 hüceyrəli Mk.41 şaquli buraxılış sistemi və MBDA şirkətindən Sea Ceptor hava hücumundan müdafiə sisteminin daxil edilməsi planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ