“Uralvagonzavod” konserni (“Rostex”in bir hissəsi) dronlara qarşı gücləndirilmiş müdafiəyə malik, təkmilləşdirilmiş təmir-evakuasiya BREM-80 zirehli maşınını uğurla sınaqdan keçirib.
Herbiand.az bildirir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.
BREM-80 keçidləri təmizləmək, kobud ərazilərdə işləmək, qənimət kimi götürülmüş və ya ilişib qalmış Qərb modelləri də daxil olmaqla bir neçə ağır zirehli texnikaları lazım olduqda eyni anda evakuasiya etmək qabiliyyətinə malikdir.
Nəqliyyat vasitəsinin seriyalı istehsalı artıq qurulub və Rusiya ordusunun istifadəsinə daxil olur.
Bəxtiyar CƏFƏRLİ