ABŞ Hərbi Dəniz Qüvvələri nüvə sualtı qayıqlarının təmiri ilə bağlı gecikmələri 40% azaldıb. Son 12 ay ərzində 10 sualtı qayıq xidmətə qaytarılıb və ya istismara verilib.
Herbiand.az bildirir ki, bu məlumat Sualtı Qüvvələr Liqasının illik simpoziumunda elan edilib.
Sualtı Qüvvələrin Baş Komandanı, vitse-admiral Rik Seyf mövcud sualtı qayıqların təmir müddətini azaltmaq və yenilərinin çatdırılmasını artırmaq üçün Hərbi Dəniz Qüvvələri və sənayenin birgə səylərini qeyd edib.
Sualtı Qayıq Proqramları direktoru, vitse-admiral Rob Qauçer isə deyib ki, ümumi təmir gecikmələri 2024 maliyyə ilində 1400 gündən 2025-ci ildə 800 günə, daha sonra isə təxminən 40% azalaraq 2026-cı ildə 500 günə düşüb. Bu sahədə azalmalar yenə gözlənilir.
Bəxtiyar CƏFƏRLİ