Advertisment

Alman ordusu dron əleyhinə sistem alacaq

Almaniya hökuməti Bundesverin avadanlıqlarını təkmilləşdirmək üçün ən son “Skyranger” əks-dron sistemləri almağı planlaşdırır.

Herbiand.az-ın “Handelsblatt” qəzetinə istinadən verdiyi məlumata görə, sistemlərin sayı 600 ədəd olacaq.

Almaniya Müdafiə Nazirliyindəki mənbələr iddia edirlər ki, bundesver 2030-cu ilə qədər bütün sistemləri alacaq. Bu müddətə çatmaq üçün Almaniyanın Rheinmetall və Hensoldt müdafiə şirkətləri istehsal gücünü artıracaq.

Bəxtiyar CƏFƏRLİ