Advertisment

Təkmilləşdirilmiş Yak-130M dəqiq idarə olunan silahları daşıya biləcək

İrkutsk aviasiya zavodunda Yak-130M döyüş-təlimçi təyyarəsinin ilk prototipi hazırlanıb.

Herbiand.az xəbər verir ki, Birləşmiş Təyyarə Korporasiyasının daxil olduğu “Rostex”-in mətbuat xidmətinin məlumatına görə, təyyarə yer və uçuş sınaqlarına göndərilib.

Qeyd edilib ki, hazırda daha iki təyyarə yığılır.

“Modernləşdirmə Yak-130M-ni hava-hava raketləri, peyk və lazer yönləndirmə sistemləri ilə yüksək dəqiqlikli “hava-yer” silahları ilə təchiz etməyə imkan verəcək. Yeni təyyarə təkcə döyüş pilotlarının hazırlanması üçün bütün imkanları saxlamayacaq, həm də döyüş təyyarəsi keyfiyyətlərinə yiyələnəcək”, - “Rostex” qeyd edib.

Dövlət korporasiyası əlavə edib ki, yeni bort sistemlərinin inteqrasiyası Yak-130M təyyarəsini gecə-gündüz və əlverişsiz hava şəraitində təlim və döyüş tapşırıqları üçün istifadə etməyə imkan verəcək. Konkret olaraq, təyyarə BRLS-130R hava radarı, SOLT-130K optik-lazer termal televiziya sistemi, “Prezident-S130” havadan müdafiə sistemi və KSS-130 rabitə sistemi ilə təchiz edilib.

Bəxtiyar CƏFƏRLİ