Advertisment

Rusiya “Geran” dronları üçün yerli mühərriklərin istehsalını qurub

Bu yaxınlarda Rusiya “Geran” dronlarının yeni modifikasiyalarını Çin istehsalı olan turboreaktiv mühərriklərlə təchiz etməyə başlayıb. Tatarıstanda bunun üçün istehsal sahəsi qurulub.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, dəyişikliklər dronların naviqasiya avadanlıqlarına da təsir edib.

Yeniləmənin digər elementi "Susanin" sistemidir. O, optik-elektron korrelyasiya ilə işləyir. Xüsusilə, optik sensordan alınan görüntü bort kompüterinin yaddaşında əvvəlcədən saxlanılan istinad görüntüsü ilə müqayisə edilir. Bu, dronun əvvəlcədən müəyyən edilmiş marşrut üzrə hərəkətini izləməsinə imkan verir.

Bəxtiyar CƏFƏRLİ