Cənubi Koreyanın Kodje əyalətinin Okpo şəhərindəki Hanwha Ocean gəmiqayırma zavodunda yeni "So Hee" dizel-elektrik sualtı qayığı suya buraxılıb.
Herbiand.az bildirir ki, bu, Cənubi Koreya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş KSS-III sinifli 5-ci sualtı qayıqdır.
Mərasimdə dövlət qurumlarının, parlamentin, Müdafiə Nazirliyinin, Hərbi Dəniz Qüvvələrinin, DAPA-nın (Müdafiə Tədarük Proqramı Administrasiyası) və hərbi-sənaye kompleksinin yüksək vəzifəli rəsmiləri olmaqla təxminən 200 qonaq iştirak edib.
"So Hee"nin təməli 2024-cü ildə qoyulub və Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi 2028-ci ilə planlaşdırılır.
Sualtı qayığın uzunluğu 89,4 metr, eni 9,7 metrdir. Silahlanmaya altı ədəd 533 mm-lik torpedo borusu və 500 km-ə qədər mənzilli Hyunmoo-IV-4 ballistik raketlərini atmaq üçün on elementli şaquli buraxılış sistemi daxildir.
Bəxtiyar CƏFƏRLİ