ABŞ Hərbi Hava Qüvvələri İranın Qeşm adasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket buraxılış məntəqəsini hədəfə alıb.
Bu barədə ABŞ-ın hərbi rəsmisi “Al Jazeera“ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hücum zamanı yüksək dəqiqlikli döyüş sursatlarından istifadə olunub.
ABŞ rəsmisi qeyd edib ki, zərbə ABŞ hərbçilərinə qarşı SEPAH-ın “təcavüzkar fəaliyyəti”nə cavab olaraq müdafiə məqsədilə endirilib.
Hadisə ilə bağlı ABŞ və İran tərəflərindən əlavə rəsmi açıqlama verilib-verilmədiyi məlum deyil.
APA