Advertisment

Ermənistan Qarabağdaki durumu Azərbaycanin daxili işi kimi qəbul etdimi?

Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlarını 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar üçün ən pozitiv nəticələrin əldə olunduğu görüş də adlandırmaq olar.

Görüşün müsbət dəyərləndirməsi üçün əsas verən məqamlardan biri də Avropa lideri görüşün pozitiv nəticələrini açıqlayarkən xoş təəssüratını izhar etməsidir.

Pozitiv razılaşmaların reallaşması istiqamətində real addımlar bundan sonra Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsi üçün yeni format – Brüssel formatının davamlı olmasına zəmin yaradacaq. Sözsüz ki, münasibətlərin Avropanın vasitəçiliyi ilə tənzimlənməsi çox müsbət amildir. Amma buna qıəsqanclıqla yanaşanlar da mütləq olacaq.

Daha sonra nələrin baş verə biləcəyi ehtimallarından əvvəl əldə olunmuş nəticələri sıralayaq:

  • Sərhədlərin dəqiləşdirilməsi
  • Komunikasiyaların açılması
  • Sülh danışıqlarına başlamaq
  • İki ölkə arasında münasibətlərin qurulması

Maraqlısı odur ki, əldə olunan nəticələr Azərbaycanın irəli sürdüyü əsas 5 prinsip çərçivəsindədir.

Sərhədlər dəqiləşdirilirsə Azərbaycanın ərazi bütövlüyü tanınır. Kommunikasiyalar açılırsa Zəngəzur dəhlizi açılır. Sülh danışıqları başlayır. İki ölkə arasında münasibətlər qurulur. Ən əsası isə odur ki, bütün bunlar ikitərəfli formatda həyata keçirilir. İkitərəfli format isə o deməkdir ki, Rusiya oyundankənar vəziyyətə düşür. Avropa İttifaqı isə ikitərəfli formata yardım edir.

Azərbaycanın ən ciddi uğurlarından biri hesab olunacaq məqam isə bütün bu prosesdə Dağlıq Qarabağ ərazi vahidi adı hallanmır, Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsi şərt kimi qoyulmur. Dolayısı ilə Ermənistan Qarabağda yaranmış situasiyanı və Qarabağ ermənilərinin taleyini Azərbaycanın daxili işi kimi qəbul etdiyi görüntüsü yarandı. Bunun görüntü yox rallıq olub-olmadığını isə yaxın zamanlarda biləcəyik.

Asəf Quliyev