Birləşmiş Krallıq silahlı qüvvələrin imkanlarını artırmaq üçün hərbi islahatlarının bir hissəsi olaraq 13 yüksək texnologiyalı silah və partlayıcı maddə fabriki tikəcək.
Herbiand.az bildirir ki, bu barədə Financial Times (FT) qəzeti Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə istinadən məlumat verib.
Bu həftə Britaniya adalarında PUA istehsalı üzrə 2 zavod açılacaq. Müdafiə naziri Parlamentdə hökumətin hərbi xərclər prioritetləri ilə bağlı bəyanatla çıxış edəcək. O, Müdafiə Nazirliyinin müdafiə islahatlarında çox yavaş irəlilədiyini iddia edən tənqidçilərə cavab verəcək. Hili ölkədə 13 müdafiə fabriki tikmək üçün yeni plan təqdim edəcək.
Bəxtiyar CƏFƏRLİ