Amerikanın 6-cı nəsil F-47 qırıcı təyyarəsinin ilk uçuş sınaqları 2028-ci ildə başlayacaq. Təyyarə Next Generation Air Dominance (NGAD) proqramı çərçivəsində hazırlanıb.
Herbiand.az xəbər verir ki, bu barədə Boeing şirkətinin Defense, Space and Security bölməsinin baş direktoru Stiv Parker Dubayda keçirilən aviaşouda bildirib.
Onun sözlərinə görə, F-47 qırıcısının istehsalı artıq başlayıb: “ABŞ Hərbi Hava Qüvvələri əvvəllər bu qırıcı təyyarələrdən ən azı 185 ədəd almaq planlarını açıqlayıb”.
Təyyarə haqqında ətraflı məlumat demək olar ki, yoxdur. Yalnız döyüş radiusunun 1600 km-dən çox olacağı və Mach 2-dən (2248 km/saat) artıq sürətə çata biləcəyi məlumdur. F-47 həmçinin, təkmilləşdirilmiş az müşahidə olunma xüsusiyyətinə malik olacaq və döyüş əməliyyatlarının ön cəbhəsindəki PUA dəstəsi üçün mərkəzi idarəetmə kimi xidmət edəcək.
Bəxtiyar CƏFƏRLİ