 
																		Gələcək nəsil “Abrams” tankı sələfindən xeyli yüngül olacaq.
Herbiand.az bildirir ki, bu barədə “The National Interest” (TNI) yazıb.
Nəşrdə qeyd edilib ki, ABŞ ordusu M1E3 platformasına əsaslanan yeni nəsil döyüş maşınının hazırkı modellərdən daha yüngül olmasını tələb edir. Bu fərq ötürmənin daha səmərəli işləməsi və təkmilləşdirilmiş enerji istehsalı sistemi üçün lazımdır.
M1E3-ün inkişafında həm də yeni aktiv müdafiə sisteminə daha çox diqqət yetiriləcək. O, tank əleyhinə idarə olunan raketlərdən və dronlardan tutmuş portativ raketlərə və qumbaraatalara qədər müqavimət göstərmək qabiliyyətinə malik olmalıdır.
Bəxtiyar CƏFƏRLİ
 
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                         
                                        
                                        
                                        
                                        