Advertisment

Ukraynaya görə Avropada 155 mm-lik sursat çatışmazlığı yaşanır

Avropa orduları öz arsenallarını doldurmaq üçün sursat çatışmazlığı ilə üzləşir, Norveçin Nammo müdafiə şirkətinin məhsulları isə Ukraynaya göndərilir.

Herbiand.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Morten Brandtseq bildirib.

O, etiraf edib ki, müəssisələr Ukrayna Silahlı Qüvvələrini təchiz etmək üçün tam güclə işləyir: "Avropa orduları 155 mm-lik sursat ehtiyatlarını doldura bilmir, çünki istehsal etdiyimiz hər şey Ukraynaya gedir. Biz istehsal həcmini hər yerdə artırırıq".

Bəxtiyar CƏFƏRLİ