Rusiya Prezidenti Vladimir Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çinin Şençjen şəhərində keçirilən sammitinə nüvə çamadanı ilə gedib.
Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya liderinin nüvə çamadanı sammitin keçirildiyi şəhərə gətirilib. Bu barədə Rusiyanın “Rossiya” telekanalının efirində məlumat verilib.
Telekanalın jurnalisti Putinin adyutantından əlindəki çamadanın nüvə çamadanı olub-olmadığını soruşub. Hərbçi bu suala müsbət cavab verib.
Noyabrın 18-də Putin APEC-in Biznes Şurası qarşısında çıxış edərək sammitdə iştirakına başlayıb. Daha sonra o, Çin Prezidenti Si Cinpinlə ikitərəfli görüş keçirib. Görüş əvvəlcə rəsmi formatda baş tutub, daha sonra işgüzar səhər yeməyi ilə davam edib.
Rusiya Prezidenti, həmçinin Moskva Dövlət Universiteti ilə Pekin Politexnik İnstitutunun birgə universitetinin nailiyyətlər sərgisinə baş çəkib, tələbə və magistrantlarla görüşüb, onlarla söhbət edib və xatirə şəkilləri çəkdirib.
Aydın