Advertisment

Təyyarə hava limanında palçığa batdı, uçuş ləğv edildi

Böyük Britaniyanın “British Airways” aviaşirkətinə məxsus təyyarə Londonun Hitrou hava limanında hərəkət zolağından çıxıb.

Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 17-də baş verib.

Göyərtəsində 256 sərnişinin olduğu “Boeing 787-10 Dreamliner” tipli təyyarə uçuş-enmə zolağına aparan hərəkət yolundan çıxaraq ot örtüyü olan əraziyə keçib və torpağa bataraq hərəkətsiz qalıb.

Hadisə nəticəsində təyyarənin Nigeriyanın Laqos şəhərinə həyata keçirməli olduğu reys baş tutmayıb və uçuş ləğv edilib.

Təyyarədəki bütün sərnişinlər təxliyə olunaraq avtobuslarla hava limanının terminalına aparılıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

Aydın

Herbiand.az