Türkiyəli məşhur aktrisa Fərəh Zeynəb Abdulla bədbəxt hadisə ilə üzləşib. Herbiand.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa evdə bacısının övladı ilə oynayarkən burnundan xəsarət alıb.
Uşaqla toqquşaraq burnunu zədələyən 37 yaşlı sənətçi hadisədən sonra “İnstagram” hesabında son vəziyyətini əks etdirən fotosunu paylaşıb.
O, paylaşıma “Burnum sınıbmı? Görəcəyik” qeydini əlavə edib.
Qeyd edək ki, Fərəh Zeynəb Abdulla Azərbaycanda da sevilən “Öylə bir keçər zaman ki” serialında baş rol ifaçısı olub. O, Aylin obrazı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.
Fərəh Zeynəb həmçinin “Məsumlar apartmanı”, “Möhtəşəm yüz il”: Kösem”, “Bergen”, “Kurt Seyit ve Şura” və “Unutursam fısılda” seriallarına da çəkilib.
Aydın