Advertisment

Qəbələdə aztəminatlı ailələrin uşaqlarına bayram sovqatları təqdim olunub

20 mart 2025-ci il tarixində “Optimist Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin təşkilatçılığı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ rayonunda fəaliyyət göstərən Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) dəstəyi ilə aztəminatlı ailələrin uşaqlarına bayram sovqatları təqdim olunub.

Təşəbbüsün əsas məqsədi sosial baxımdan həssas ailələrdən olan uşaqlara diqqət və qayğı göstərmək, onların bayram sevincini bölüşmək, ailələrə mənəvi dəstək olmaq və cəmiyyətdə sosial həmrəylik dəyərlərini təşviq etməkdən ibarət olub.

Tədbir çərçivəsində uşaqlara hazırlanmış sovqatlar təqdim edilib. Görüş zamanı uşaqlar və ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların sevincinə şərik olunub. Bu cür dəstək təşəbbüsləri uşaqların özlərini diqqət və qayğı ilə əhatə olunmuş hiss etməsinə, ailələrin sosial dəstək mexanizmləri barədə məlumatlılığının və icma həmrəyliyinin güclənməsinə töhfə verir.

“Optimist Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi sosial müdafiəyə ehtiyacı olan ailələrin və uşaqların dəstəklənməsi, onların rifahının yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyasına töhfə verən təşəbbüslərin həyata keçirilməsini fəaliyyət istiqamətlərindən biri kimi davam etdirir.

İctimai Birlik tədbirin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) təşəkkürünü bildirir.