Advertisment

Rusiyada təhlükəli “Afrika donuz taunu” virusu aşkarlanıb

Rusiyanın Rostov şəhərində yerləşən “Rio” ticarət mərkəzində satılan donuz məhsullarında "Afrika donuz taunu" virusu aşkar edildikdən sonra karantin rejimi tətbiq olunub.

Herbiand.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusarın imzaladığı sərəncama istinadən məlumat yayılıb.

Sənəddə şəhər ərazisində donuzçuluq məhsullarında virusun DNT-sinin aşkarlanması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin görülməsi nəzərdə tutulur.

Qərara əsasən, ticarət mərkəzinin ərazisində məhsulların dövriyyəsinə də məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, noyabrın 11-də Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova dünyada vəba və taunla bağlı epidemioloji vəziyyətin mürəkkəb olduğunu bildirmişdi.

O, Rusiyanın mümkün epidemioloji risklərə qarşı hazırlaşdığını vurğulamışdı.

Aydın

Herbiand.az