Böyük Britaniya Müdafiə Nazirliyi minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün 150 milyon funt sterlinq (təxminən 200 milyon dollar) dəyərində sualtı pilotsuz aparatların alınmasına qərar verib.
Herbiand.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Məlumata görə, yeni nəsil dəniz dronları Qara dənizdə mina təmizləmə əməliyyatlarında, həmçinin kabel və boru kəmərləri kimi həyati əhəmiyyətli sualtı infrastrukturun mühafizəsində istifadə oluna bilər.
Müqaviləyə uyğun olaraq ilkin mərhələdə 24 ədəd sualtı dronun alınması planlaşdırılır. Aparatların texniki xüsusiyyətləri açıqlanmır.