ABŞ-da “İndependence” sinifli LCS-38 “Pierre” sahil döyüş gəmisi istismara verilib. Mərasim Florida ştatının Panama-Siti şəhərində keçirilib. Gəmi Cənubi Dakotanın administrativ mərkəzinin adını daşıyır.
Herbiand.az bildirir ki, gəmi “İndependence” sinifli 19-cu və sonuncudur.
Gəminin gövdəsinin uzunluğu 127,4 metr, eni 31,6 metr təşkil edir. Standart heyət 8 zabit daxil olmaqla 40 nəfərdən ibarətdir. Əlavə 35 nəfər üçün yaşayış yeri nəzərdə tutulub.
Gəminin arsenalına 57 mm-lik Mk.110 topu, 11 hücrəli RIM-116 zenit raket qurğusu və dörd 12,7 mm-lik pulemyot daxildir. Bundan başqa, iki MH-60R/S “Seahawk” çoxməqsədli helikopterinin yerləşdirilməsi mümkündür.
Bəxtiyar CƏFƏRLİ