Advertisment

İdmançımız erməni rəqibini məğlub etdi

Boks üzrə gənclərdən ibarət milli komandamızın daha bir üzvü Bolqarıstanda keçirilən dünya birinciliyində növbəti mərhələyə yüksəlib. ANS PRESS-in xəbərinə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Şamil Əliyev 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyana qalib gəlib. Bundan öncə həmyerlimiz Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb. Qeyd edək ki, 1/16 final mərhələsində ermənilərin daha 2 boksçusu- Qrayr Şaxverdyan və Qevork Petrosyan rəqiblərinə 0 :3 hesabı ilə məğlub olmaqla mübarizəni dayandırıb. Şamil Əliyevin məğlub etdiyi Gevorq Petrosyan ötən il keçirilən kiqboksinq üzrə konfederasiya kubokunun qalibi olub.