Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Respublikasına səfər edib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anım mərasimində iştirak etmək üçün bu gün Türkiyə Respublikasına səfər edib.
Bildirilib ki, Zakir Həsənov hazırda Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçirilən anma mərasimində iştirak edir.
Səfər aprelin 25-dək davam edəcək.